Yaponiyada güclü zəlzələ: 4 600 hərbçi fəlakət zonasına cəlb edilib
Yaponiyanın Kyuşu adasında yerləşən Kumamoto prefekturasında baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayısı 34-ə çatıb. Yeraltı təkanlar ən çox Uki və Kikava şəhərlərində hiss olunub. Yaponiya hökumətinin baş katibi Minoru Kihara fəlakətin ciddi fəsadlara yol açdığını bildirib.
Dağıntılar səbəbindən yaşayış evlərinə və elektrik xətlərinə böyük ziyan dəyib. 30 mindən çox ev elektriksiz qalıb. Ticarət mərkəzinin bir hissəsinin uçması və ardından baş verən partlayış da itkilərin artmasına səbəb olub.
Hazırda xilasedicilər dağıntılar altında qalanları axtarırlar. Təxminən 9 min sakin təxliyə mərkəzlərinə yerləşdirilib. Lakin bölgədə havanın temperaturunun 39°C-yə çatacağı gözlənilir ki, bu da təxliyə olunanların vurulması və istivurma riskini artırır. Vəziyyəti yüngülləşdirmək üçün müdafiə naziri Şinciro Koizumi təxliyə mərkəzlərinə 300 kondisioner göndərildiyini bəyan edib.