Yeni Dövlət Proqramının hazırlanması ilə bağlı Ictimai müzakirə keçirilib
Gənclər və İdman Nazirliyində Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşəbbüsü ilə “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramının hazırlanmasına dair ictimai müzakirə keçirilib.
İnformator xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinintəşkilati dəstəyi iləkeçirilib. Tədbirdə Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva və Gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev, ARGTMŞ-ın sədri Şahin Seyidzadə, ARGTMŞ-ın üzvü olan, eləcə də olmayan gənclər təşkilatlarının rəhbər və ya səlahiyyətli nümayəndələri iştirak edib.
İctimai müzakirə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"-na əsasən 2016-2020-ci illəri əhatə edən Dövlət Proqramına təkliflərin toplanılması məqsədilə həyata keçirilib.
Tədbir zamanı Azərbaycanda gənclər sahəsində görülən işlər, Dövlət Gənclər Siyasəti və bu əldə olunan nailiyyətlərdən danışılıb. İctimai müzakirələr zamanı “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramında nəzərdə tutulan istiqamətlər üzrə gənclərin əsas problemləri, onların həlli yolları, beynəlxalq təcrübə, gənclərlə bağlı həyata keçirilmiş dövlət proqramlarının nəticələri və s. məqamlar nəzərə alınmaqla fikir mübadilələsi aparılıb. İştirak edən gənclər təşkilatlarının rəhbər və səaliyyətli nümayəndələri tərəfindən “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramına təkliflər səsləndirlib.
ARGTMŞ-ın təşəbbüsü ilə “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramı ilə bağlı ictimai müzakirələr sözü gedən Dövlət Proqramına təkliflərin verilməsi məqsədi ilə təşkil olunub. İndiyədək təşkilatın təşəbbüsü ilə Bakı, Gəncə, Şəki şəhərlərində, Quba və Beyləqan rayonlarında ictimai müzakirələr keçirilib. Səsləndirilmiş təkliflər ARGTMŞ tərəfindən sistemləşdirilərək və Gənclər və İdman Nazirliyinə təqdim edilmişdir.
