00:00:00
Yazar
Admin User
16.01.2026 16:09 78 1 dəq oxuma
Hadisə

Yer kürəsində maqnit fırtınası gözlənilir

Yer kürəsində maqnit fırtınası gözlənilir

Yer kürəsində yenidən maqnit fırtınası müşahidə oluna bilər.


"İnformator.az" xəbər verir ki, bu barədə Britaniya Geoloji Xidməti məlumat yayıb.

 

Alimlərin sözlərinə görə, hazırda Günəş küləyinin sürəti artsa da, Yer kürəsində geomaqnit vəziyyət hələlik sakit olaraq qalır. Amma bu sabitliyin uzun sürməyəcəyi proqnozlaşdırılır.

 

Kosmik hava proqnozları üzrə mütəxəssislər bildiriblər ki, 17–18 yanvar tarixlərində koronal dəlikdən çıxan əlavə yüksək sürətli Günəş küləklərinin Yerə çatması gözlənilir.


Hazırda maqnit fırtınasının nə qədər davam edəcəyi ilə bağlı dəqiq məlumat yoxdur.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər