00:00:00
Yazar
Səadət Əlizadə
12.07.2026 10:56 20 1 dəq oxuma
Hadisə

Yol Polisi Hacıqabulda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb

Yol Polisi Hacıqabulda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb

Baş Dövlət Yol Polisi İdarəsi Hacıqabulda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.

 

"İnformator.az" xəbər verir ki, idarədən verilən xəbərə görə, hadisə 12 iyul tarixində, saat 05:15-də Bakı-Qazax-Gürcüstan dövlət sərhədi yolunun Hacıqabul rayonu Muğan qəsəbəsindən keçən 132-ci kilometrliyində qeydə alınıb.

 

Alqışov Ramil Bilal oğlunun idarə etdiyi "Yutong" markalı avtomobil idarəetmədən çıxaraq, əvvəlcə holun sol kənarındakı beton arakəsmələrə dəyib. Daha sonra aşıb.

 

Hadisə nəticəsində 2 nəfər - Osmanova Səbinə Paşa qızı və Qurbanzadə Ayxan Yusif oğlu xəsarət alıblar.

 

Faktla bağlı araşdırma aparılır.

#gündəm #yayıb #baş #verən
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər