Yol qəzası baş verib: Türkiyə vətəndaşı xəsarət alıb
Nərimanov rayon Heydər Əliyev prospektində yol qəzası baş verib.
Nərimanov rayonunun H.Əliyev prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Türkiyə vətəndaşı Aslan İbrahimi vurulub və o, xəstəxanaya yerləşdirilib.
İnformator Daxili işlər Nazirliyinə istinadən xəbər verir ki, faktla bağlı Nərimanov RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
