Yol qəzası piyadanın həyatına son qoyub
Səbail rayonunun Neftçilər prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Səbail rayonunun Neftçilər prospektində yol-nəqliyyat hadisəsi baş verib.
İnformatorun Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Səbail rayonunun Neftçilər prospektində Bakı şəhər sakini Nəbi Rüstəmov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən paytaxt sakini Elmira Quliyevanı vurub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Faktla bağlı Səbail RPİ tərəfindən araşdırma aparılır.
