Yol qəzası tələbənin həyatına son qoyub
Yasamal rayonu ərazisindəki Yeni dairəvi yolda qəza hadisəsi baş verib.
Yasamal rayonu ərazisindəki Yeni dairəvi yolda Bakı şəhər sakini Bağır Məmmədzadə idarə etdiyi “Opel” markalı avtomobili yol ayırıcısına vurub.
Onun 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Cəmşir Bayramov orada ölüb. Cəmşir Bayramov Xarici Dillər Universitetinin 3-cü kurs tələbəsi olub.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.
