Yük maşını işçiləri daşıyan ferma maşını ilə toqquşub: 4 nəfər ölüb
Düzcenin Akçakoca rayonunda fındıq İşçilərini daşıyan yük maşını ilə kənd təsərrüfatı maşınının toqquşması nəticəsində 4 nəfər ölüb, 8 nəfər yaralanıb.
Ayazlı Akevler ərazisində, D-655 Düzce-Zonguldak Qərbi Qaradəniz Bağlantı Yolunda poladla yüklənmiş yük maşını və fındıq işçilərini daşıyan "pat pat" (bir növ kənd təsərrüfatı nəqliyyat vasitəsi) toqquşub. Toqquşmanın təsirindən ferma maşınını altına sıxışdıran yük maşını yaxınlıqdakı evin bağçasına yuvarlanıb.
Məlumatdan sonra hadisə yerinə çoxsaylı tibbi və yanğınsöndürmə briqadaları gəlib. Polisvə jandarma qrupu göndərilib.
Rəsmilər qəza nəticəsində üç qadın işçinin və sahə sahibinin hadisə yerində öldüyünü müəyyən ediblər. Qəzada xəsarət alan səkkiz nəfər təcili yardım maşını ilə xəstəxanalara aparılıb.
TRT HABER
Lalə Qafarova