00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
16.10.2026 23:12 41 1 dəq oxuma
Dünya

Yunanıstanda orduya məxsus boru kəmərindən 300 min litr neft oğurlanıb

Yunanıstanda orduya məxsus boru kəmərindən 300 min litr neft oğurlanıb

 

Yunanıstanın Saloniki şəhəri yaxınlığında orduya məxsus boru kəmərindən təxminən 300 min litr neftin oğurlanması ilə bağlı məhkəmə işində qərar açıqlanıb. Hadisə ilə əlaqədar 5 nəfər təqsirli bilinib, keçmiş hərbçi isə 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmədə təqdim olunan məlumatlara görə, neft oğurluğu həmin dövrün təhlükəsizlik boşluqlarından istifadə edilərək həyata keçirilib. Ərazidə gözətçi kimi xidmət edən keçmiş hərbçinin mülki şəxslərin əraziyə daxil olmasına və orduya məxsus boru kəmərindən neft oğurlamasına şərait yaratdığı müəyyən edilib. Hadisə ilə əlaqədar ümumilikdə 5 nəfər təqsirli bilinib, oğurluğu təşkil edən iki nəfərin də bu şəxslər arasında olduğu bildirilib.

 

Neft oğurluğu edən şəbəkə bir avtomobilin kanala düşməsindən sonra ifşa olunub. Hadisə yerinə gələn polis əməkdaşlarının nəqliyyat vasitəsində apardığı yoxlama zamanı yanacaq oğurluğunda istifadə edildiyi ehtimal olunan alətlər aşkar edilib. Avtomobildə tapılan avadanlıqlar əsasında başladılan təhqiqat orduya məxsus boru kəmərindən təxminən 300 min litr neftin oğurlandığını ortaya çıxarıb.

 

Məhkəmədə mühakimə olunan keçmiş hərbçi müdafiə çıxışını etdikdən sonra, hökm oxunmazdan əvvəl zalı tərk edib. Barəsində 5 il həbs cəzası çıxarılan keçmiş hərbçinin hazırda axtarışda olduğu bildirilib. Təhlükəsizlik qüvvələri onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.


CNN Türk
Aynur Əhmədli

#gündəm #baki #boru #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər