Yunanıstanın iki fərqli yerində meşə yanğınları baş verib
Yunanıstanın Larisa və Halkidiki əyalətləri yaxınlığında iki ayrı ərazidə meşə yanğınları baş verib.
Yunanıstan Yanğından Mühafizə Xidmətinin açıqlamasına görə, yanğın Larisa şəhəri yaxınlığındakı Anadolu bölgəsindəki meşəlik ərazilərdə və Halkidiki əyalətinin yaxınlığındakı Elani Kassandrasda baş verib.
Halkidikidə yerüstü yanğınsöndürmə qruplarına bir yanğınsöndürmə helikopteri və altı yanğınsöndürmə təyyarəsi, Larisada isə üç yanğınsöndürmə təyyarəsi və iki yanğınsöndürmə helikopteri kömək edib.
Yunanıstan yay aylarında onlarla meşə yanğını ilə üzləşib.
TRT HABER
LALƏ QAFAROVA