00:00:00
Yazar
Hüseynova Mələk
16.06.2026 20:35 19 1 dəq oxuma
Hadisə

YUNESKO sülhün təşviqi üçün Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir

YUNESKO sülhün təşviqi üçün Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir

YUNESKO-nun direktoru Xalid əl-Ənani Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə görüşüb və əməkdaşlıq müzakirə edilib.


"İnformator.az" xəbər verir ki, əl-Ənani bu barədə "X" sosial şəbəkə hesabında yazıb.


"Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə görüşməyimə şadam", - o bildirib.

Görüşdə YUNESKO ilə Azərbaycan arasında əməkdaşlıq müzakirə edilib: "O cümlədən mədəniyyətlərarası dialoqun, sülhün və dayanıqlı inkişafın möhkəmləndirilməsində mədəniyyətin rolunu müzakirə etdik.

YUNESKO insanların rifahı naminə mədəniyyətin, dialoqun və sülhün təşviqi üçün Azərbaycanla əməkdaşlığın davam etdirilməsini səbirsizliklə gözləyir".

#YUNESKO #Azərbaycan #əməkdaşlığ
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər