00:00:00
Yazar
Admin User
24.07.2023 06:24 1295 1 dəq oxuma
Hadisə

Zaqatalada müəmmalı hadisə: İki turist yoxa çıxdı

Zaqatalada müəmmalı hadisə: İki turist yoxa çıxdı

Zaqatalada şəlaləyə gedən Bakı şəhər sakinləri itkin düşüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumat verib.

 

Onun sözlərinə görə, dünən saat 14 radələrində 2 nəfər paytaxt sakininin Zaqatala rayonunun Qəbizdərə kəndi ərazisində yerləşən şəlaləyə getmələri və meşəlik ərazidə yolu azmaları barədə polisə məlumat daxil olub. Rayon Polis Şöbəsinin, FHN-in, ETSN-nin və ərazini tanıyan yerli sakinlərin də iştirakı ilə onların axtarışları davam etdirilir.
#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər