00:00:00
Yazar
Admin User
06.12.2025 09:20 94 1 dəq oxuma
Hadisə

Zaqatalada qadını maşın vuraraq öldürüb

Zaqatalada qadını maşın vuraraq öldürüb

Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

“İnformator.az”-ın əldə etdiyi məlumata görə, hadisə dekabrın 6-sı səhər saatlarında Zaqatala-Muğanlı avtomobil yolunda, Aşağı Tala kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, Rövşən Hazmanov idarə etdiyi VAZ-21099 markalı avtomobillə yolu keçən piyada, 1968-ci il təvəllüdlü Dilbər Osmanovanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər