Zelenski bazar günü Floridada Trampla sülh danışıqları aparmağı planlaşdırır
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla bazar günü Floridada görüşməyi planlaşdırdığını bildirib.
Zelenskinin sözlərinə görə məqsəd Rusiyanın Ukraynaya qarşı təxminən dörd ildir davam edən müharibəsini dayandıracaq sülh razılaşması üzrə danışıqları irəli aparmaqdır. Ukrayna və ABŞ rəsmilərinin hazırladığı 20 maddəlik sülh planının 90 faizinin hazır olduğu qeyd olunur. Zelenski razılaşmanın yekunlaşması üçün Rusiyanın və Avropa müttəfiqlərinin də razılığının vacib olduğunu vurğulayıb. Rəsmi Kiyev NATO üzvlüyündən imtina və Donetsk bölgəsinin bir hissəsindən qoşunların qarşılıqlı çıxarılması kimi güzəştlərə hazır olduğunu bildirib. Rusiyanın mövqeyi isə hələlik açıqlanmayıb.
Cnn News
Ədilə Hüseynzadə
