Zelenski sülh planında demilitarizasiya zonasını gündəmə gətirir
Ukrayna Prezidenti Volodimir Zelenski yenilənmiş sülh planının detallarını açıqlayıb. Planda Rusiyanın mümkün razılığı qarşılığında Ukrayna qoşunlarının şərq bölgələrindən mərhələli çəkilməsi və onların yerində demilitarizasiya olunmuş zona yaradılması nəzərdə tutulub.
Zelenski bildirib ki, ABŞ və Ukrayna nümayəndələri arasında Florida ştatında razılaşdırılan 20 maddəlik plan müharibənin bitməsi üçün əsas çərçivə kimi təqdim olunub. Sənəd ABŞ, NATO və Avropa ölkələrinin təhlükəsizlik zəmanətlərini, Rusiyanın yenidən hücumu halında koordinasiyalı hərbi cavabı əhatə edib.
Donbas məsələsində Zelenski demilitarizasiya olunmuş və ya azad iqtisadi zona variantının müzakirə edildiyini deyib. Onun sözlərinə görə, Ukrayna qüvvələri geri çəkilərsə, həmin ərazilərə nəzarət yenə Ukrayna polisi və administrasiyası vasitəsilə təmin olunub.
Plan həmçinin Ukraynanın suverenliyini təsdiqləyib, Rusiyayla qeyri-təcavüz paktını və beynəlxalq müşahidə mexanizmini nəzərdə tutub. Ukraynanın sülh dövründə 800 minlik ordu saxlamasına icazə verilib.
Zelenski vurğulayıb ki, Donbas və Zaporojye AES ətrafında yaradılacaq mümkün iqtisadi zonalar yalnız Ukraynanın nəzarətində olub. Sənəddə Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün konkret tarix də təklif olunub.
ABŞ Prezidenti Donald Tramp müharibənin bitməsi üçün razılaşmanı təşviq edib, Zelenski isə Rusiyanın bu planı rədd etmək imkanının məhdud olduğunu qeyd edib.
BBC
Reyhan Quliyeva
