00:00:00
Yazar
Admin User
24.12.2025 18:08 76 1 dəq oxuma
Dünya

Zelenski sülh üçün güzəştlərə hazır olduğunu bəyan edib

Zelenski sülh üçün güzəştlərə hazır olduğunu bəyan edib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə aparılan mümkün sülh danışıqları çərçivəsində bir sıra güzəştlərə açıq olduqlarını bildirib. Dövlət başçısı bununla bağlı jurnalistlərlə keçirilən görüşdə açıqlama verib.

 

Zelenski qeyd edib ki, ABŞ və Avropa ölkələrinin iştirakı ilə hazırlanan 20 maddəlik sülh planı müharibənin dayandırılması üçün əsas siyasi sənəd kimi nəzərdə tutulur. Onun sözlərinə görə, bu sənəd Ukrayna, ABŞ, Avropa və Rusiya arasında mümkün razılaşmanın təməlini təşkil edir. Prezident Donetsk vilayətində qarşılıqlı qoşunların geri çəkilməsi imkanlarına da toxunub. Bildirib ki, Ukrayna ordusu müəyyən ərazilərdən çəkilərsə, Rusiya tərəfi də eyni məsafədə qüvvələrini geri çəkməlidir. Bu çərçivədə Kramatorsk və Sloviansk şəhərlərinin daxil olduğu ərazidə demilitarizasiya olunmuş azad iqtisadi zona yaradılması təklif olunur. Zelenskinin sözlərinə görə təklif edilən bu mexanizm Rusiya qoşunlarının mövcud cəbhə xəttindən 5, 10 və ya 40 kilometr geri çəkilməsini nəzərdə tuta bilər. O vurğulayıb ki, hazırda Rusiya Prezidenti Vladimir Putin Donetsk vilayətinin tam şəkildə Rusiyaya verilməsini tələb edir. Ukrayna Prezidenti Moskvanın sülh planına münasibətinin ABŞ vasitəsilə yaxın vaxtlarda açıqlanacağını gözlədiyini bildirib.

 

Cnn News

Ədilə Hüseynzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər