00:00:00
Yazar
Admin User
26.12.2025 17:45 77 1 dəq oxuma
Dünya

Zelenski Tramp ilə görüşməyi planlaşdırır

Zelenski Tramp ilə görüşməyi planlaşdırır

Ukraynanın prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın genişmiqyaslı müharibəsinə son qoymaqla bağlı danışıqlar davam edərkən, həftəsonu ABŞ prezidenti Donald Tramp ilə Floridada görüşəcək.

 

Zelenski görüşün bazar günü baş tutacağını və əsas diqqətin ABŞ-nin vasitəçiliyi ilə hazırlanan 20 maddəlik sülh planına, eləcə də ABŞ tərəfindən təklif olunan ayrıca təhlükəsizlik zəmanətlərinə yönələcəyini deyib.

Bu arada Kreml prezident Vladimir Putinin yüksək vəzifəli köməkçisinin ABŞ rəsmiləri ilə telefon vasitəsilə əlavə danışıqlar apardığını və Rusiyanın danışıqları davam etdirməyə sadiq qaldığını açıqlayıb.

Rusiya danışıqlarda “yavaş, lakin sabit irəliləyişdən” danışsa da, Zelenskinin Rusiyanın da geri çəkilməsi şərti ilə şərqi Donbasdan qoşunlarını çıxarmaq təklifinə münasibət bildirməyib.

 

BBC news 

Ayisə Şərifova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər