Xiaomi-nin robotlardan ibarət fabrikası

Bölmə: Dünya › , Maraqlı › ,
Tarix: 20:20 10.07.2024

Xiaomi son dərəcə nazik qatlana bilən Xiaomi Mix Fold 4 smartfonunu istehsal etmək üçün yalnız robotların işlədiyi fabrikindən istifadə edir.

 

Xiaomi Çində tamamilə robotlar tərəfindən idarə olunan və 24/7 istehsal edən bir fabrik quraraq istehsalda mühüm addım atdı.

Bu "qaranlıq fabrik" smartfonlar istehsal edə, özünü təmizləyə və hətta insan müdaxiləsi olmadan istehsal xətlərini optimallaşdıra bilən qabaqcıl süni intellekt sistemləri ilə təchiz edilib.

 

Xiaomi Mi Fold 4 və Xiaomi Mi X Flip qatlana bilən smartfonları sözügedən fabrikdəki robotlar istehsal edir.
Xiaomi-nin ağıllı fabriki bu yaxınlarda rəsmi olaraq tam gücü ilə istehsala keçdi.

 

2,4 milyard yuan (329 milyon dollar) investisiya ilə tikilən fabrik hər il 10 milyon flaqman smartfon istehsal edə biləcək.

 

Zavodun istehsal keyfiyyətinə şirkətin özü tərəfindən hazırlanmış ağıllı maşınlar nəzarət edəcək. İstehsal prosesinin hər saniyədə bir smartfon vahidi istehsal edə biləcəyi iddia edilir. Çanqpinqdəki yeni fabrik 81 min kvadratmetr tikinti sahəsini əhatə edir.

 

Sözügedən fabrik sayəsində Çin şirkəti insanın törətdiyi səhvləri minimuma endirmək, istehsal xərclərini azaltmaq və bazar tələblərinə daha sürətli cavab vermək məqsədi daşıyır.

 

Mənbə:En Son Haber

Nəzrin Mirzəyeva