Köhnə maşınların ölkəyə girişinin məhdudlaşdırılması hansı problemlə üz-üzə qoyur?-Ekspert RƏYİ

Bölmə: İqtisadiyyat › ,
Tarix: 17:24 19.07.2024

Bildiyimiz kimi, köhnə maşınların ölkəyə girişi məhdudlaşdırılıb. Xaricdən gətirilən avtomobillərin idxal dəyəri 5 min manatadək artıb. Dövlət Gömrük Komitəsinin (DGK) statistikasına əsasən, 2023-ci ilin yanvar-iyun ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 6 min 38 ədəd azalıb, dəyəri baxımından 26 milyon 60 min dollar və ya 4% artıb. 

 

Mövzu ilə bağlı "informator.az"a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, idxal dəyərinin artması iqtisadiyyata özünəməxsus dərəcədə mənfi təsir göstərə bilir:

 

"Demək olar ki, Azərbaycanda avtomobillərin ölkəyə gətirilməsi ilə bağlı xüsusi olaraq, yaş senzi tətbiq olunub. Avtomobillərin ümumi yaş senzi istər xarici markalar olsun, istərsə də, MDB ölkələri olsun, yəni istənilən ölkədən gömrük üçün yaş senzi var. Bu, yaş senzinin əsas mahiyyəti ondan ibarətdirki, ölkə ərazisində avtomobillərin qiymətlərinə, qiymətləndirilməsinə, xaricdən daşınmasına idxal prosesi zamanı müxtəlif xarici ölkələrin gömrük keçirtmə məntəqələrinin təyin edilməsinə, bu, proseslər son mahiyyət etibarən nəqliyyat vasitəsinin maddi texniki təminatından belə, bunun maya dəyərinə təsir edir. Sonda da, istehlakçının üzərində dayanır".

 

Nigar Səmədli