Benzin və dizelin qiyməti niyə qalxdı?-RƏY

Bölmə: İqtisadiyyat › ,
Tarix: 17:39 24.07.2024

Tarif şurasının 15 iyulda qəbul etdiyi qərar ilə ölkədə Aİ-92 markalı benzin və dizel markalı yanacağın qiymətlərində uyğun olaraq 10 və 20 qəpik artıb.

 

Bəs, artımın səbəbi nədir? Bu artım süni qiymət artımlarına yol açacaqmı?

 

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli "informator.az"a açıqlama verib. İqtisadçı süni qiymət artımı olacağını düşünmür:

 

"Benzin və dizelin qiymətini dövlət tənzimləyir və qiymətin artıması Nazirlər kabineti yanında Tarif şurasına əsasən baş verib. Əgər dizelin qiyməti qalxıbsa, buna müvafiq olaraq dizel ilə işləyən və təsərrüfat sahələrində qiymət artımının olması normaldır".

 

Hüseyn İlyasov