Azərbaycanda inflyasiya artacaq? -AÇIQLAMA

Bölmə: İqtisadiyyat › ,
Tarix: 17:36 26.07.2024

"Avqust, Sentyabr, Oktyabrda daha yüksək inflyasiya rəqəmlərinin şahidi olacayıq".

 

Bu sözləri "informator.az"a açıqlamasında iqtisadçı Natiq Cəfərli söyləyib. İnflyasiya səviyyəsinin artmasının əsas səbəblərindən danışan iqtisadçı Natiq Cəfərli İnflyasiyanın nəzərə çarpacaq və təhlükəli həddə artmadığını bildirib:

 

"İnflyasiya səviyyəsinin artmasının əsas səbəblərindən biri son vaxtlar dövlət tərəfindən tənzimlənən sahələrdəki qiymət artımıdır. Bunların davamını gələn ay da görəcəyik. Benzinin, gediş haqqının artması inflyasiyaya təsir göstərən amillərdən biridir.

 

İnflyasiya yaranmasının əsas faktorlarından biri idxaldan asılılıqdır. Biz özümüzü təmin etmək üçün bir çox sahələrdə idxaldan asılı vəziyyətdəyik və xarici bazarlarda qiymət dəyişməsi idxal inflyasiyasını sürətləndirir".

 

Zəhra Həsənova