"...Bu da işsizliyin yaranmasına səbəb olur"-RƏY

Bölmə: İqtisadiyyat › ,
Tarix: 20:22 29.07.2024

S&P 2024-cü il üzrə Azərbaycanda işsizlik səviyyəsini 4,7% proqnozlaşdırıb.  

 

Göstəricilər ürəkaçandır? Bəs, bu faizi minimuma endirmək üçün hansı tədbirlər görülə bilər?

 

Mövzu ilə bağlı "informator.az"a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda olan göstəricilər dünya miqyasında çox aşağıdır, yəni yaxşı göstərici sayılır:

 

"Sonra həmin işsiz insanların təsnifatı aparılmalıdır. Onlar ali təhsillidirlərmi? Hansı peşəyə yönümlüdürlər? Bundan sonra ixtisasın dəyişdirilməsi üçün müəyyən kurslar, real imkanlar yaradılmalıdır. Başqa bir səbəb də iqtisadiyyatın sürətinin artmasıdır. Nə qədər ki, iqtisadiyyat daha sürətli artır, daha çox zavodlar, fabriklər, iş yerləri açılır, bir o qədər işsizliklə bağlı mübarizə aparmaq asandır. Bu gün Azərbaycanda ən böyük problemlərdən biri odur ki, biz əvvəlki illərdəki böyümə modelinə çata bilmirik. Məhsul çox aşağı tempdə inkişaf edir. Bu da işsizliyin yaranmasına səbəb olur."

 

Aləmzər İbrahimova