Özgüvəni necə formalaşdırmalıyıq?-Psixoloq AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 21:23 07.08.2024
"Uşaqlarda aşağı yaşlardan etibarən özünə inam formalaşmağa başlayır. Özünə inam ailədə formalaşır. Xüsusilə ata, ana uşaqda özünə inamı formalaşdırır".
Bu sözləri "informator.az"a açıqlamasında psixoloq Gülnar Orucova söyləyib. Onun sözlərinə görə, mükəmməliyyətçi ailələri cəmiyyətdə daha çox görürük. Onlar da qüsursuz uşaq yetişdirmək istəyir:
"Qüsursuz uşaq mümkün deyil. Hər bir uşaq müəyyən səhvləri etməlidir. Biz valideyn olaraq o, səhvləri düzəltməliyik. Uşaqlara başa salmalıyıq ki, burda səhvə yol verdi. Biz bəzən o, səhvlər olanda belə uşaqlarımızı danlayırıq, cəza veririk. Sonra da, uşaqlarımız səhvlərini etiraf etməyə çəkinirlər. Ailədə inamın əsasında özgüvən formalaşır. Özgüvənlə özünü qiymətləndirmə fərqlidirlər. Məsələn, bir insanda özgüvən, özünü qiymətləndirmə yoxdur. Özünü qiymətləndirə bilmir, eyni zamanda özünəgüvən də yoxdur. Biri də var ki, özünü yüksək qiymətləndirə bilər, amma özgüvəni yoxdur".
Psixoloqun fikrincə, özgüvənli insanlar istəyər ki, başqaları onu tərifləsin. Özgüvəni aşağı olan, insanlar özləri-özlərini tərifləyərlər:
"Onlar öz bacarıqları ilə öyünürlər. Aşağı yaşlardan etibarən uşaqların gördükləri yaxşı işlərə görə, onları qiymətləndirməliyik. Uşaqlarda inamı bu, cür formalaşdırmalıyıq. Uşaqlarda özgüvəni məktəbəqədər müəssisələrdə də, davam etdirirlər. Məktəblər də, əyləncəli oyunlar, qalib olduqları zaman mükafatlar, uşaqları inkişaf etdirəcək oyunlar da, qalib olan uşaqlar da, özgüvən daha da, artır. 6, 7 yaşında uşaqların xarakteri tam formalaşır. Məsələn, 20, 24 yaş insan üçün kimlərsə, deyir ki, xarakterini dəyişə bilər, amma, o, xarakterini, xasiyyətini dəyişə bilməz.
Bizə hansı insanlar örnək ola bilər ?
Bir insan məktəbə gedir, məktəbi bitirir, sonra isə universitetə qəbul olur. Bu, zaman insanları həmin insana güvənləri artır. İnsanlarda da, bacarıqlar ətrafında özgüvən artır. İnsanın bacarığı nə qədər çox olarsa, özünə inamı da bir o qədər artır.
Özgüvəni necə artırmalıyıq?Mütaliə olmalıdır;
İdmanla məşğul olmalıyıq;
İnsan tək qaldığı zaman özünün təkliyindən həzz almalıdır;
Kiçikdə olsa, özümüz özümüzə iş qurmağı bacarmalıyıq;
Kimlərdənsə asılı olmadan iş qurmalıyıq.
Bu, hallarda özümüzə inamı artırmalıyıq. Eyni zamanda sosiallığımız da, olmalıdır".
Nigar Səmədli