Okan Burukdan VAR qeydlərinə reaksiya: "Lazımi cəza veriləcək"
Bölmə: İdman › ,Tarix: 13:18 21.08.2024
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Çempionlar Liqasının pley-off mərhələsində "Yanq Boyz" matçı öncəsi açıqlama verib.
Okan Buruk, Konyaspor matçında ləğv edilən qollarla əlaqədar; "VAR qeydlərinin daha peşəkar olmasını gözləyirik. Belə çox qısa və anlaşılmaz söhbətlə qolu ləğv etmək çox da xoş deyil. Lazımi cəzalar veriləcək" dedi.
“Qalatasaray” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda İsveçrənin “Yanq Boyz” komandası ilə qarşılaşacaq.
Qarşılaşmadan əvvəl "Qalatasaray"ın baş məşqçisi Okan Buruk açıqlamalar verib.
Okan Burukun açıqlamaları;
"Son 4 ilin çempionu ilə qarşı-qarşıyayıq. Düşünürəm ki, həm heyət, həm də fiziki cəhətdən yaxşı olan komandaya qarşı oynayacağıq. Meydançanın sintetik olması təbii ki, "Yanq Boyz" üçün üstünlükdür. Çalışacağıq. Çox qol buraxıb çox qol vurmaq üçün bizim keyfiyyətimizi göstərməmiz lazımdır.
Ötən həftə sonu İsveçrədə kubok oynanılıb. Komandaları yormamaq üçün. Onlar liqaya erkən başlamışdılar, lakin bu komandalara istirahət müddəti verirlər. İstəyimiz yox idi, amma arada liqa matçının olmaması üstünlük idi. Əks halda, bunun bizə daha çox təzyiq göstərəcəyini düşünürdüm. Biz yüz faiz hazırıq".
Mənbə: NTV spor
Fatimə Abdulrəhimli