Qalatasaray Çempionlar Liqasında revanş matçını təxirə saldı!

Bölmə: İdman › ,
Tarix: 11:17 22.08.2024

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Qalatasaray" İsveçrənin "Yanq Boyz" komandasının qonağı olub.

İlk hissədə 2-0 geriyə düşən sarı-qırmızılılar hesabı 2-2-yə çatdırsalar da, rəqibinin qarşısını ala bilməyib və matçı 3-2 hesabı ilə məğlub olublar.

“Yanq Boyz”un qolları: 3-cü və 45+4-cü dəqiqədə Monteyro, 86-cı dəqiqədə Filip Uqriniç(P) fərqləndiyi halda, "Qalatasaray"ın qollarını 66 və 72-ci dəqiqələrdə Batshuayi vurub.

82-ci dəqiqədə Filip Uqriniçin cərimə zərbəsi ev sahibi komandanın qapısına doğru yönəldi və Abdülkerim qola mane olsa da, VAR-ın xəbərdarlığından sonra matçın baş hakimi  penalti verməyə qərara aldı. Daha əvvəl sarı vərəqə alan Abdülkerim ikinci sarı vərəqə aldı.86. Dəqiqədə topa nəzarət edən Filip Uqriniç penaltidə topu tora göndərdi.

Hər iki komandanın ilk 11-i:
Young Boys: Von Ballmoos, Blum, Camara, Zoukrou, Hadjam, Niasse, Lauper, Colley, Ugrinic, Monteiro, Ganvoula
Galatasaray: Muslera, Jelert, Nelsson, Abdülkerim, Köhn, Torreira, Sara, Barış Alper, Mertens, Kerem, Icardi

Mənbə: Milliyet
Fatimə Abdulrəhimli