" "Galatasaray" öz futbolunu oynasa, hakim ona mane ola bilməz"-RƏY

Bölmə: İdman › ,
Tarix: 18:12 22.08.2024

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda İsveçrə təmsilçisi "Young Boys"a 2:3 hesabı ilə məğlub olan Türkiyənin "Galatasaray" klubunun baş məşqçisi Okan Buruk komandasının matçına azərbaycanlı hakim təyin edilməsini istəyib.

Bu barədə fikirlərini "informator.az"la bölüşən Kənan Məstəliyev deyib ki, "Galatasaray" öz futbolunu oynasa, hakim ona mane ola bilməz:

"Azərbaycanlı hakimin "Galatasaray"ın oyununa təyin edilməsi bütün mübahisəli epizodların "Galatasaray"ın xeyrinə reaksiya verəcək deyə bir şey yoxdur. Belə hal baş verərsə hakimin kariyerası bitə bilər. Bu düzgün deyil. Dünən keçirilən oyunda hakim bitərəf deyildi. Əksər mübahisəli epizodlara "Young Boys"un xeyrinə qərar verirdi. Müəyyən epizodlar var idi ki, Okan Buruk narazı ola bilər. Dünən "Galatasaray" xüsusilə birinci hissədə yaxşı oynamadı. İkinci hissədə hesabı bərabərləşdirdilər. Düzdür, o penaltini verməmək də olardı, bu artıq mübahisəli mövzudur".

Zəhra Həsənova