"Futbolçular göstərilən qədər maaş almır...."-RƏY

Bölmə: İdman › ,
Tarix: 19:11 22.08.2024

Futbol dünyada yayılmış ən məşhur idman növüdür. Bu sahəyə maraq çox olduğu üçün gəlirində çox olması normaldır. Klublar öz aralarında futbolçu alıb-satırlar və həmin futbolçulara müəyyən miqdarda maaş və aldıqları klublara təyin olmuş miqdarda pul ödəməlidirlər. Bir çox klub istər xaricdə, istərsə də qardaş Türkiyədə bu məlumatları ictimaiyyətə təqdim edirlər. Amma ölkəmizdə belə bir şey yoxdur.

Bəs niyə ölkəmizdə Türkiyədə fəaliyyət göstərən "Kamu Aydınlatma Platformu"nun bənzəri bir qurum yoxdur?

Bu barədə futbol eksperti Kənan Məstəliyev "informator.az"a açıqlamasında bildirib ki, sözügedən məlumat Peşəkar Futbol Liqasına və AFFA-ya verilir:

"Onlara müqavilənin bir nüsxəsi təqdim olunur. Həmin müqavilədə maaşı da göstərilir, hər şey göstərilir. Yəni qanunvericilikdə yoxdur ki, mütləq şəkildə açıqlanmalıdır. Əslində isə açıqlanması daha doğru olardı. Çünki biz bilməliyik. Əslində bu bir kommersiya sirri olmalı deyil. Çünki əgər dövlət bilirsə, bu, sirr deyil, maaşdır. Yəni biz dövlət başçısının maaşından xəbərimiz varsa, niyə hər hansı bir futbolçunun aldığı məvacibdən bixəbər olaq? İkinci məsələ də var ki, bizdə ikili müqavilələr bağlanır. Yəni bir klubla futbolçu arasında bir yox, iki müqavilə bağlanılır. Bir rəsmi, yəni hansı ki, ictimaiyyətə bildirilən, təqdim olunan ictimai rəsmi şəkildə. Bir də futbolçunun özünə əlavə verilən maaş var ki onu bildirmirlər. Rəsmi şəkildə qalanın isə müəyyən limitlər var ki, o limitləri keçməmək üçün əldən verirlər. Yəni limitdən yuxarı olan isə  rəqəmin böyük olması, böyük görsənməsinin qarşısını almaq məqsədilə bir hissəsini rəsmi bildirirlər. Təbii ki, UEFA ilə bağlanan  müqavilələr də var. Orda hər şey rəsmi göstərilir. Yəni futbolçudan asılıdır. Böyük, güclü futbolçular, karyerası olan futbolçular. elə ciddi futbolçular hər şeyin rəsmiyyətinə gedirlər. Yəni onlar belə şeylərə yol vermirlər. rəsmi müqavilə bağlayırlar. Nə var, onu da göstərir. Amma bu faiz etibarilə təxminən 15 faizdir qalan hamısı ikili müqavilələrlə fəaliyyət göstərir deyə bunu rəsmi şəkildə bildirmək istəmirlər".

Hüseyn İlyasov