Azərbaycanın kişilərdən ibarət millisi mübarizəyə başlayır-RƏY

Bölmə: İdman › ,
Tarix: 14:34 23.08.2024

Bu gün Azərbaycanın 3x3 basketbol üzrə kişilərdən ibarət millisi Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Kubokunda mübarizəyə başlayır.

Qarşılaşma ilə bağlı fikirlərini "informator.az"la bölüşən mətbuat katibi Sənan Əliyev deyib ki, komandamız üçün görüş gərgin keçəcək:

"Rəqib Niderland komandası, sonuncu olimpiya çempionudur. Niderland komandası Avropa Kubokunun ən güclü komandalarından sayılır. Yenə də komandamız sona qədər oynayacaq,  əhval-ruhiyyə çox yaxşıdır. Kapitan Hamil Həmzəyev də görüş öncəsi oyuna yaxşı hazırlaşdıqlarını qeyd edib. Artıq oyuna hazırdırlar. Ümid edirəm ki, yaxşı nəticə ilə qrupdan ayrılacağıq".

Qarşılaşma Bakı vaxtı ilə saat 15:40-da start götürəcək. İkinci oyunda isə rəqib meydan sahibləri olacaq. Görüş saat 19:15-ə təyin olunub.

Zəhra Həsənova