Ətraf mühitin mühafizəsi: Ekoloji davamlılıq anlayışı
Bölmə: Sosial › ,Tarix: 22:32 19.09.2024
"Təbiətin resurslarından cəmiyyətin bu günkü təlabatlarına uyğun olaraq elə bir şəkildə istifadə edilsin ki, gələcək nəsillərin təlabatını ödəyəcək gücü təhlükə altında qalmasın".
Bu sözləri "informator.az"a açıqlamasında ekoloq Cəmşid Bəxtiyar söyləyib.
Ekoloq ekoloji davamlılıq təmin edilməzsə, cəmiyyət və gələcək nəsillər üçün hansı risklərin ortaya çıxa biləcəyindən də bəhs edib:
"Bu gün insanlar öz təlabatlarını ödəyərkən gərək həddini aşmadan təbiətdən istifadə etməyə çalışsınlar. Amma bu elə bir şəkildə edilməlidir ki, təbiətin özünübərpa gücü təhlükə altına alınmasın və gələcək nəsillərin təbii resurslardan istifadəsi təhlükə altında qalmasın. Deməli bu şərtlərin gözlənildiyi halda təbii resurslardan istifadə edilirsə bu ekoloji davamlılığın qorunması kimi anlaşılır. Yəni ekoloji davamlılıq deyərkən bu başa düşülür. Eyni zamanda bu termin altında ətraf mühitin mühafizəsinin elə bir şəkildə təşkil olunması nəzərdə tutulur ki, təbiət öz doğallığını, saflığını itirmədən sabit şəkildə inkişafa doğru getsin".
Cəmşid Bəxtiyarın sözlərinə görə, əgər biz sabit inkişaf zəmini qurmasaq o zaman təbiətin məhvi ilə bərabər insan cəmiyyətinində yerüzündə yaşamaq şansı 0-a enər:
"Ekoloji davamlılıq anlayışı ətraf mühitin qorunmasının vacibliyini ön plana çəkir. Ətraf mühitin həm təmizliyinin, həm özünübərpa gücünün qorunması çox önəmlidir. Bu yer üzündəki yaşamı,həyatı bir növ qaranti altına alan bir termindir,anlayışdır. Təbiət və cəmiyyət birgə inkişaf edir və yaşayır. Təbiətin və cəmiyyətin bu planetdə mövcudluğu bir-birindən asılıdır. Ona görə də bu mövzunun əhəmiyyəti əlbəttə ki planetimiz, planetimizin sakinlərinin gələcək həyatı qədər vacibdir və əhəmiyyətlidir".
Fatimə Abdulrəhimli