Saxta xəbərlərin qarşısını necə alaq?-Ekspertlər AÇIQLAYIR
Bölmə: MEDİA › ,Tarix: 20:17 26.09.2024
“İnnovativ Media” Jurnalistlərin peşəkarlığının artırılmasına dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə keçirdiyi " “Feyk-nyus"un yayılma səbəbləri və onunla mübarizə üsulları" adlı layihəyə əsasən hazırladığı maarifləndirici çarxın təqdimetmə mərasimi keçirilib.
"İnformator.az" xəbər verir ki, tədbiri İnnovativ Media” Jurnalistlərin peşəkarlığının artırılmasına dəstək İctimai Birliyinin sədri Aynur Nəsirova açaraq iştirakçılara saxta xəbərin qarşısının alınması yolları, media savadlılılığının əhəmiyyəti barədə məlumat verib. Daha sonra maarifləndirici çarxın nümayişi olub. Tədbirdə media ekspertləri Xatirə Hüseynova, Ramin Rzayev və Qoşqar Bəylərov də çıxış ediblər. Onlar öz təcrübələrindən danışaraq, saxta xəbərlərdən necə qorunmaq barədə tövsiyələr veriblər. Ekspertlər sosial media və xəbər portallarında yayılan yanlış məlumatların cəmiyyətə təsirindən və jurnalistlərin düzgün məlumat ötürülməsi ilə bağlı məsuliyyətindən bəhs ediblər. Tədbirin sonunda tələbələrin bu mövzu ilə bağlı sualları cavablandırılıb və onların fikirləri dinlənilib.
Tədbir çərçivəsində saxta xəbərlərin yayılmasının qarşısının alınması məqsədilə hazırlanmış maarifləndirici videoçarx da nümayiş etdirilib.