Azyaşlılara qarşı zorakılıqlar ARTIR: Qanunla necə tənzimlənir?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 18:53 01.10.2024
Azyaslı uşağlara son zamanlarda tez-tez zorakılıq edilməsi ilə bağlı xəbərlər artır. Bəs, bu kimi hadisələr qanunla necə tənzimlənir?
Bu barədə "İnformator.az"a müsahibəsində hüquqşünas Mehman Muradlı bildirib ki, zorakılıqla bağlı xəsarətin dərəcəsindən asılı olaraq cinayət məsuliyyəti nəzərdə tutulub:
"Məsələn, valideyn hər hansısa bir övladını döyürsə və yaxud xəsarət yetirirsə, polis orqanları bu məsələyə biraz ailə daxili münasibət kimi baxırlar. Yəni problemli bir ailə kimi qeydiyyata alırlar. Bununla da işlərini bitmiş hesab edirlər. Ancaq bu məsələ ilə bağlı konkret olaraq cinayət məcəlləsində müvafiq maddələr var. Bu maddələrə uyğun olaraq azyaşlının aldığı xəsarətdən asılı olaraq cinayət məcəlləsinin konkret maddəsi üzrə cinayət işi başlamalıdır. Çox zaman qadınların əksəriyyətinin 2-ci dəfə ailə quranlar və yaxud ilk ailə münasibətindən uşağın bioloji atası belə olsa da, o, xəsarətləri yetirən və yaxud işgəncəyə yol verəndə cəzasız qaldığına görə bu günlərdə də nəticəsinin şahidi oluruq. Bəzi valideynlər pis vərdişlərə qoşularaq azyaşlılara başqalarının zərər verməsinə göz yumurlar. Bir sözlə maddiyyat qarşılığında övladlarını qurban verirlər. Sosial şəbəkələrdə də bu hadisələrin çoxaldığını görürük".
Nərgiz Orucova