Dayanma və durmanı qadağan edən nişan olmayan ərazidə cərimə yazıla bilər ?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 20:23 03.10.2024

Yolda dayanma və durmanı qadağan edən nişan yoxdur, amma avtomobil sahiblərinə buna görə cərimə yazılır.
Bəs, dayanma və durmanı qadağan edən nişan olmayan ərazidə cərimə yazıla bilər ?

Məsələ ilə bağlı "informator.az"a müsahibəsində nəqliyyat ekspert Aslan Əsədov bildirib ki, həmin əraziyə baxış keçirmək lazımdır:

"Əgər o ərazidə dayanma və durmanın qadağan edən ərazilər ola bilər. Nişan olmasa belə sürücü bilməlidir ki, körpülərin altında və digər ərazilərdə nəqliyyat vasitəsinin saxlanılması qadağandır. Dayanma və durmanın tətbiq olunan cəriməsi buna da şamil olunur. Bunu birmənalı olaraq qəbul etməliyik. Əgər yolun kənarında sarı xətt varsa, dayanma və durma qadağandır. Bu və digər hallar olduqda dayanma və durmanı pozan amillərdir. Ərazidən və şəraitdən asılı olaraq, cərimə yazıla bilər. Vətəndaş iddia edirsə ki, ona yazılan cərimə tam qanunsuzdur, o zaman birbaşa Dövlət Yol Polisi İdarəsinə öz şikayətini bildirə bilər. Ən qısa zamanda məsələyə baxılır".

Nigar Səmədli