BDU-da “Elektron media və DATA JURNALİSTİKA” mövzusunda elmi seminar keçirilib

Bölmə: MEDİA › ,
Tarix: 16:43 21.10.2024

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Arzu İsayevanın “Elektron media və DATA JURNALİSTİKA” mövzusunda elmi seminarı keçirilib.

Konvergent şəraitdə elektron medianın önəmi barədə danışan Arzu İsayeva bu sahədə data jurnalistikasının uğurları ilə bağlı mümunələr əsasında təhlillər aparıb. Televiziyada dataların işlənmə mərhələləri barədə  məlumat verən məruzəçi yeni media alətlərinin data analizdəki rolu ilə bağlı ən müasir bilgiləri nəzərə çatdırıb. Sonda A.İsayeva elmi seminar iştirakçılarının suallarını cavablandırıb.