Data jurnalistikasına aid yeni kitab işıq üzü gördü-FOTO
Bölmə: MEDİA › ,Tarix: 14:55 28.10.2024
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Arzu İsayevanın “Televiziyada mediatrend: DATA JURNALİSTİKA” adlı metodik vəsaiti çapdan çıxıb.
“Elm və təhsil” nəşriyyatında çap olunmuş vəsait müasir mediada, o cümlədən televiziya jurnalistikasında mühüm yer tutan data analitikasını necə tədris edilməsi məsələlərinə həsr olunub. Kitabda data jurnalitikasının mahiyyəti, xəbər istehsalı üçün önəmi, rəqəmsal məlumatların (verilənlərin) işlənməsi, təhlili, vizuallaşdırılıb çatdırılması, infoqrafika kimi aktual mövzuların tədrisi metodikasına diqqət yetirilib.
Vəsait ali məktəblərin jurnalistika fakültələrinin tələbə və magistrləri, həmçinin media təlimçiləri və bu sahəyə maraq göstərənlər üçün nəzərdə tutulub.