Rusiya yenidən nüvə silahından istifadə ilə bağlı təlimlərə başlayıb
Bölmə: Dünya › ,Tarix: 20:43 29.10.2024
Rusiya prezidenti Vladimir Putin ölkəsində nüvə silahının istifadəsi ilə bağlı yeni təlimə başladıqlarını açıqlayıb.
Kreml Sarayından verilən açıqlamaya görə, Rusiya hərbi rəsmiləri ilə görüş keçirən Putin, Rusiyada nüvə silahının istifadəsi ilə bağlı yenidən təlimə başladıqlarını ifadə edərək, “Bu gün strateji çəkindirici qüvvələrin təlimi keçiririk. Ballistik və qanadlı raketlərin atılması ilə nüvə silahından istifadə ilə bağlı səlahiyyətlilərin hərəkətləri yenidən yoxlanılacaq”.
Putin dövlət təhlükəsizliyini təmin etmək üçün nüvə silahından istifadənin “müstəsna” tədbir olduğunu bəyan edib və deyib:
“Bununla belə, nüvə triadası ölkəmizin suverenliyinin və təhlükəsizliyinin təminatı olmaqda davam edir, strateji çəkindirmə, qlobal sabitliyin obyektiv amilləri, nüvə bərabərliyi və güclər arasında tarazlığın qorunması sahəsində problemlərin həllinə töhfə verir. Gərginliklər, yeni xarici təhdidlər və risklər hər zaman istifadə olunur. Müasir strateji qüvvələrin hazır olması vacibdir".
Nüvə qüvvələrini yeniləməyə davam edəcəklərini qeyd edən Putin bunun üçün lazımi resurslara sahib olduqlarını qeyd edərək, “Rusiya ordusunun müasir silahlarla təchiz olunma sürəti bu il 94 faizə çatıb” deyib.
Rusiya və vətəndaşlarının qorunmasının vacibliyinə işarə edən Putin, “Yenidən silahlanma yarışına girmək istəmirik, ancaq nüvə gücümüzü lazımi səviyyədə saxlayacağıq” deyib.
Rusiya may ayının sonunda Cənub Hərbi Dairəsində nüvə silahından istifadəyə dair təlimlərə başlayıb. Üç mərhələdən ibarət olan məşq təxminən 3 ay davam edib.
Mənbə:Trt haber
Fidan Fərhadlı