6 Noyabr Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bölmə: MEDİA › ,Tarix: 23:50 06.11.2024
İndki dövrdə Azərbaycanda bu sahə necə inkişaf edir ?
Mövzu ilə bağlı BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli "informator.az"a açıqlamasında bildirib ki, bu, radionun müntəzəm yayıma başladığı tarixlə bağlıdır:
Müstəqillik dövründən ,etibarən, 6 Noyabr - Teleradio işçilərinin peşə bayramı kimi qeyd olunur. Bu günün qeyd olunması televiziya və radionun cəmiyyətdə olan yerini göstərir. Bu gün televiziya və radio cəmiyyətdə çox mühüm rol oynayır. İnternetin inkişaf etməsinə baxmayaraq ekstremal şəraitdə tamaşaçı televiziya və radioya üz tutur. Təəssüf ki, radio tamamilə kölgədə qalıb və öz ənənələrini itirməkdə davam edir. Televiziyaya isə təlabat çoxdur və auditoriyası çox genişdir",-deyə o əlavə edib.
Qulu Məhərrəmlinin sözlərinə görə, tamaşaçının televiziya və radiodan çox böyük gözləntiləri var:
"Bu gözləntilər isə televiziya və radionun tamaşaçı maraqına səbəb olan proqramların, verilişlərin təqdim olunmasıdır. Bundan əlavə, burada yer alan layihələr cəmiyyətdə olan öz əksini tapmalı və böyük təsir bağışlamalıdır.
Burada yeni layihələrin hazırlanması mütləqdir. Uşaq verilişlərinin artırılmasına, səmərəli ictimai müzakirə proqramlarına ehtiyac var. Lakin əfsuslar olsun ki, təbliğat və informasiya prosesi bir-birinə qarışıb. Amma jurnalistlər burada öhtələrinə düşəni etməli, cəmiyyət qarşısında aciz qalmamalıdır",-deyə o, fikirlərini yekunlaşdırıb.
Aslanova Fatimə