Rəssamlar ilham mənbəyini harada və nə zaman tapır?

Bölmə: Mədəniyyət › ,
Tarix: 18:42 16.11.2024

Rəssamlar şəkil çəkərkən sakitliyi qorumağa çalışırlar. Bəs rəssamların rəsm çəkərkən olduqları məkan və zamanın nə kimi əhəmiyyəti var?

 

Mövzu ilə bağlı ARİ üzvü, Prezident təqaüdçüsü, rəssam, dizayner Nərmin Hümbətova "İnformator.az" a açıqlamasında bildirib ki, rəssamlar üçün zamanın və məkanın böyük əhəmiyyəti var:

 

"Məkan gözəl, ilhamlandırıcı olduğu üçün zaman insana xüsusilə rəssamlara,  incəsənət adamlarına ilham pərisi gözəl ideyalarla gəlir. Hər hansı bir layihə üzərində işlədiyim zaman gecə hər kəsin yatdığı zaman, sakit şəraitdə, 1 çay və ya qəhvə ilə o layihə haqqında düşünüb eskizlər edirəm. Əks halda bu mümkün olmur".

 

Nərmin Hümbətova rəssamların öz ayrı dünyası olduğunu bildirib:

 

"İnsanların baxıb gözəlliyini görmədiyi yeri biz öz fırçamızla təsvir edirik. Hər kəs o gözəlliyə heyran qalır".

 

Rəssam son olaraq, insanların bəzən bu gözəlliyin yanından keçdiyi və diqqət etmədiyi məkanın rəssamların sevdiyi ortam ola biləcəyini vurğulayıb.

 

Fatimə Məmmədova