Ünvanlı Sosial Yardım və Uşaq pulu nədir?

Bölmə: Sosial › ,
Tarix: 22:30 16.11.2024

2006-cı ildə Azərbaycanda Ünvanlı Sosial Yardım tətbiq olunandan sonra Uşaq pulu adlanan sosial müavinət ləğv olundu və 2006-cı ildən sonra bunu Ünvanlı Sosial Yardım əvəz edib.  

 

 Bəs ünvanlı sosial yardım və uşaq pulu nədir, kimlərə şamil edilir? 

 

 "Ünvanlı Sosial Yardım almaq müəyyən kateqoriyanı əhatə edir, yəni ölkə üzrə bütün uşaqlara şamil edilmir. Uşaq pulu isə dünyanın bütün ölkələrində mövcuddur və ailələrin çoxuşaqlılığa təşviqi, nəsil artırmağa marağı uşaqların böyümə ərəfəsində dövlətin öz kiçik vətəndaşlarına dəstəyini göstərməsi deməkdir".

 

Bu sözləri sosioloq Lalə Mehralı "informator.az" saytına açıqlamasında bildirib.

 

Müsahibimiz, sosial kriteriyaların özündə də ədalətsizlik olduğunu vurğulayıb:

 

 " Hər ikisi işsiz olan ailə böyüklərinin 3,4 uşağı var və onlara sosial yardım ayrılmır. Orda tələblər var ki, ailə böyüklərindən biri əmək müqaviləsi ilə işləməlidir. Bu imkanı olmayan ailələr var ki, Sosial Yardım ala bilmir və çox ciddi maddi problemlər yaşayır, halbuki, onların uşaq puluna əlçatanlığı olsaydı, o kriteriyalara ehtiyacları olmazdı ".

 

 Sosialoqun sözlərinə görə, ölkəmizdə 160 min uşaq ünvanlı sosial yardımın təsir dairəsinə düşür:

 

"Həmçinin uşaq doğularkən ona 500 manat nəzərdə tutulur ki, bu da sosial müavinətlərə daxildir.

Əlbəttə, bu məbləğ tələbatları tam ödəmir".

 

Sosialoq son olaraq qeyd edir ki, ünvanlı sosial yardım uşaq pulunu əvəzləyir demək doğru olmaz. Bunlar tamamilə fərqlidirlər.

 

Çinarə Tarverdiyeva