Depressiyanın səbəbləri -NƏLƏRDİR?

Bölmə: Sosial › ,
Tarix: 19:50 18.11.2024

Yeniyetmələrimiz müəyyən yaş dövrlərində bəzən ailəvi, bəzən sevgi həyatlarındakı itkilər, bəzən də heçnə olmadan sadəcə yaşam tərzləri onları qane etmədiyi üçün depressiyaya düşürlər.

 

Bəs bunun səbəbləri nədən ibarətdir ?

 

Mövzu ilə bağlı “informator.az”a açıqlamasında psixoloq Vüsalə Əmiraslanova yeniyetməlik çağlarının insan həyatında ən uzun və ən ağır zaman keçidinin olduğunu bildirib:

 

Onun sözlərinə görə, depressiv hallar elə yeniyetməlik dövründən başlayır:

 

"Məhz elə bu dövr insanlara həm psixoloji, həm də fiziki ziyan vurur. Bu dövrdə uşaqlar hər şeyi faciəvi qarşılayır, yeniliklərə açıq olmur, başqalarını günahlandırlar. Bununla bərabər, ailə daxilində uşaqlara olan təzyiqlər onlara mənfi təsir edən amillərdəndir. Hansı ki, sən universtetə daxil olmalısan, əgər daxil ola bilməsən heçnə yaxşı olmayacaq kimi fikirlərdən ibarətdir".

 

Psixoloq bu dövr keçidindən daha az ziyanla çıxmağın yollarından da bəhs edib:

 

“Bu dövr keçidində valideynlər uşaqların yanında durmalı, onlara dost seçimində kömək etməlidirlər. Məktəblərdə isə, müəllimlər və müəllim kollektivi həmin şagirdlərə dəstək durmalıdır. Sinif yoldaşları ilə olan problemləri aradan qaldırmalıdırlar",-deyə o, fikirlərini yekunlaşdırıb. 

 

Fidan Xəlilova