Rəqamsal media yoxsa Ənənəvi media - Üstünlükləri nələrdir?

Bölmə: Sosial › ,
Tarix: 18:41 19.11.2024

Bildiyimiz kimi, müasir dövrdə rəqəmsal media həyatımızın ayrılmaz hissəsidir. Rəqəmsal medianın inkişafı ilə ənənəvi media ikinci plana keçdi.

 

Bəs insanların istifadəsi üçün medianın hansı növü daha faydalıdır ? 

 

Mövzu ilə bağlı "informator.az"a açıqlamasında xüsusi müxbir Rəşad İsmayılov bütün informasiya vasitələrinin həyatımızda istiqamətverici köməkçi vasitə olduğunu, lakin əsas vasitə olmadığını bildirib:

 

" Rəqəmsal media vasitəsilə asan və sürətli məlumat almaq mümkündür. Bu insanların daha çox məlumatlı olmasına və maariflənməsinə kömək edir. Təəssüf ki, hazırda rəqəmsal informasiya texnologiyalarından istifadə edənlərin əksəriyyəti bu vasitələrdən düzgün istifadə etmir. Onlar öz mənfəətləri üçün hətta pis vərdişləri belə reklam edirler. Bu isə rəqəmsal medianın keyfiyyətinin nisbətən azaldır".

 

Müxbir, müasir dövrdə də ənənəvi medianın rəqəmsal media ilə müqaisədə müəyyən funksiyalar yerinə yetirə biləcəyini vurğulayıb:

 

" Biz əvvəllər informasiyaları ənənəvi media vasitələrilə alırdıq. Bu indidə mümkün ola bilər. Əgər biz Avropadan nümunələr götürməyə çalışırıqsa, Avropa hələ qəzeti və ya jurnalı tərk etməyib. Onlar son dəqiqə xəbərləri qəzetlər vasitəsilə ictimaiyyətə çatdırır və qəzetin daha qabaqcıl olduğunu aşılayırlar".

 

O, həmçinin ənənəvi medianın əvvəlki mövqeyinə qayıtmasının yollarını da açıqlayıb: 

 

" Biz çalışmalıyıq ki, daha geniş və mənalı düşünək, təkistiqamətli hərəkət etməyək. Ənənəvi medianı rəqəmsal media ilə eyni səviyyədə saxlamaq üçün əlimizdən gələni əsirgəməyək və ənənəvi medianın tarixə qovuşmasına imkan verməyək",-deyə o, fikirlərini yekunlaşdırıb.

 

 Aydan Talıblı