Unutqanlıq - səbəbləri və həlli yolları nələrdir?
Bölmə: Sosial › ,Tarix: 18:27 19.11.2024
Unutqanlıq və ya yaddaş zəifliyi müasir dövrün ən yayğın şikayətlərindən biridir . Bu problem insanların gündəlik həyatına mənfi təsir göstərir.
Mövzu ilə bağlı psixoloq Ezgi Şahin "informator.az" a açıqlamasında deyib ki, gündəlik həyatda insanlar yorucu işlərlə məşğul olurlar və daha sonra isə özlərinə vaxt ayırmağı unudurlar:
"Ona görə ki, bu cür insanlarda beyin dincəlmir və aktiv hobbilərdən uzaq düşür. Bu isə unutqanlığın yaranmasında əsas rol oynayır. Öncə bu insanlarda unutqanlığa kiçik şeyləri unutmaqla təsadüf edilir. Onlar bir ad yaxud bir əşya və yaxud da özləri bilmədən belə həyatlarında olan cüzi şeyləri unutmağa başlıyırlar. Əgər beyin yenidən yorucu iş tempində davam edərsə, bu unutqanlıq daha da artar və böyük nəticələrə səbəb ola bilər".
Məryəm Zaliyeva