Ərzaq qiymətlərində bahalaşma gözlənilirmi?

Bölmə: İqtisadiyyat › ,
Tarix: 20:53 21.11.2024

Son illərdə hökumət pensiya və müavinətləri müəyyən dərəcədə artırmaq üçün müxtəlif addımlar atıb. Yaxın zamanda Azərbaycanda pensiya və müavinətlərin artırılması gözlənilir.

 

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli "informator.az"a açıqlamasında bildirib ki,  büdcə xərclərinin, sosial təyinatlı xərclərinin, əmək haqlarının artımları qiyməti və aktivliyi  artıran faktorlardandır:

 

“Artan pul bazara çıxır və birbaşa  bazara çıxan pul isə sürətli  şəkildə artım yaradır. Qiymət səviyyəsinin artımını  yalnız bunlarla müşahidə etmək doğru deyil. Bura müavinət və pensiyalarla yanaşı idxal qiymətləri, bankların kredit vermə fəaliyyəti və dövlətin digər xərcləridə daxildir". 

 

İqtisadçının sözlərinə görə ciddi qiymət artımı gözlənilmir:

 

"Sosial xərclərin  qiymət artıran faktor olmasına baxmayaraq, hazırkı artımın miqdarı böyük olmadığına görə ciddi şəkildə qiymət artma səviyyəsinə təsir edəcəyi  gözlənilmir".

 

Məryəm Zaliyeva