Boğazda bəlğəm və iltihabı aradan qaldırır!

Bölmə: Maraqlı › ,
Tarix: 11:56 22.11.2024

Sağlamlıq üçün inanılmaz faydaları olan nar mikrob öldürücü meyvə kimi tanınır. Onun dənələri ümumiyyətlə çox dərman olduğu bilinsə də, qabıqları da eyni dərəcədə faydalıdır. Nar qabığı ilə son vaxtlar artan boğaz infeksiyalarını və soyuqdəymələri aradan qaldıra bilərsiniz.

 

Mövsümi dəyişikliklər səbəbiylə meydana gələn soyuqdəymə, qrip və boğaz infeksiyaları bir çox insanın öhdəsindən gəlməyə çalışdığı mövsümi xəstəliklərdir. Nar meyvəsi, tərkibindəki antioksidantların bolluğu sayəsində bir çox xəstəliyi yüngülləşdirmə gücünə malikdir. Ümumiyyətlə müalicəvi xüsusiyyətləri ilə tanınan bu meyvənin qabığı da bir o qədər müalicəvidir.

 

Nar qabığı yüksək miqdarda antioksidant ehtiva edir.

 

 

Bədənin antioksidan səviyyələrini artıraraq dərinin daha yaxşı görünməsinə kömək edə bilər. Onun antiinflamatuar xüsusiyyətləri iltihabla mübarizə aparır. Oynaq ağrıları kimi iltihablı bölgələr üçün istifadə edilə bilər. 

 

Nar qabığı dəri sağlamlığı üçün çox faydalıdır.

 

Tərkibindəki polifenollar və antioksidantlar dərinin elastikliyini artıra və sızanaq kimi dəri problemlərini azalda bilər. Nar qabığından hazırlanmış üz maskaları dərini təmizləməyə və aşındırmağa kömək edə bilər. Nar qabığı tozunu qatıqla qarışdırıb dərinizə çəkib 20 dəqiqədən sonra yuya bilərsiniz.

 

Nar qabığı çayı mədə ağrıları və həzm problemləri üçün faydalı ola bilər.

 

 

Tərkibindəki lif bağırsaq hərəkətlərini tənzimləyir və qəbizliyin qarşısını alır. Nar qabığı ekstraktı və ya çay istehlakı pis xolesterin səviyyəsini aşağı salmağa kömək edə bilər. Bu, infarkt və vuruş riskini azaltmağa kömək edir.

 

Mənbə: Pembe Nar

Nigar Səmədli