Sosial şəbəkələrin karyerayada rolu-Mütəxəssis AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 18:57 22.11.2024
İnsan həyatının ən mühüm hissələrindən biri də onun karyerasıdır. Karyera insanın inkişaf etməsinə, gələcəkdə kim olmasına yol göstərən ən vacib nüansdır.
Bəs sosial şəbəkələrin karyera üzərində təsiri necədir ?
Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu "informator.az"a açıqlamasında sosial medianın müxtəlif baxımdan həyatımıza daxil olduğunu bildirib.
Onun sözlərinə görə, insanlar müxtəlif bacarıqlarını sosial mediada asanlıqla inkişaf etdirə bilər:
"Ümumiyyətlə, insanlar sosial mediadan çox yüksək səviyyədə istifadə edə bilər. Öz bacarıqlarını orada nümayiş etdirərək müxtəlif kütlə izləyicisinə sahib ola bilərlər. Bu da öz növbəsində onların tanınmasına, iş imkanlarının çoxalmasına gətirib-çıxaracaq. Sosial media karyera inkişafında olduqca müsbət rol oynayır. İş axtaranlar üçün sosial media ideal bir platformadır. Məsələn, müxtəlif saytlarda biznes, iş adamları və dövlət qurumları müəyyən işçiləri cəlb edir, bu da sosial mediada iş axtaranların iş tapmasına şərait yaradır.
Beləliklə, insanlar indiki dövrün yeniliklərindən istifadə edərək çox şeyə qadir ola bilərlər. Sadəcə olaraq, düzgün seçim, iradə, səbr və mübarizə lazımdır",-deyə o, fikirlərini yekunlaşdırıb.
Aydan Quliyeva