Rüşvət hansı halda cinayətdir?

Bölmə: Sosial › ,
Tarix: 19:48 23.11.2024

Bəzi insanlar düşünürlər ki, qanun qarşısında yalnız rüşvət alan insanlar məsuliyyət daşıyır. Ancaq nəzərə almaq lazımdır ki, rüşvət alanlarla yanaşı rüşvət verənlər də məsuliyyətə cəlb oluna bilər.

 

 

Mövzu ilə bağlı hüquqşünas Elvin Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, rüşvət almaq və vermək cinayət əməlidir:

 

"Bu cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311-ci maddəsi ilə tənzimlənir və çox sərt cəza nəzərdə tutulub. Həmin cinayəti tutmuş şəxs üç ilədək müddətdə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

 

Hüquqşünas bildirib ki, həmin maddənin qeydinə əsasən rüşvət verən şəxs vəzifəli şəxs tərəfindən tətbiq edilən hədə-qorxu nəticəsində rüşvət verdikdə və ya rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdikdə cinayət məsuliyyətindən azad edilir.

 

Fidan Ağayeva