"Narkotikin qarşısını heç bir ölkə ala bilməyib.."-Ekspert Açıqlayır
Bölmə: Sosial › ,Tarix: 23:08 23.11.2024
Narkotik maddələr insan sağlamlığına və cəmiyyətə ciddi ziyan vurur. Bu maddələrin istifadəsi fiziki və psixoloji cəhətdən asılılıq yaradır.
Mövzu ilə bağlı Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri ekspert Emil Maqalov "İnformator.az"a açıqlamasında bildirib ki, narkotikin qarşısını hələ heç bir ölkə ala bilməyib:
"Uşaqları bu maddələrdən uzaq tutmağın ən gözəl yolu aydın qaydalar və sevgi ilə çevik tətbiqidir. Quru sərhədlər pandemiya dövründə Avropada, ABŞ-də bağlı idi, amma yenə də narkotacir, narkokuryer bunu bağlı və ya dövlət sərhədi ilə keçirmir. Yük maşınlarında gizlətməklə, dəniz yolu ilə və ya sərhəddən keçirirlər. Əvvələ nisbətən aidiyyatı qurumların işinin nəticəsində həm narkoman, həm də narkokuryer, narkotacir azalıb".
Fatimə Məmmədova