İşə götürərkən nəyə üstünlük verilir ?

Bölmə: İqtisadiyyat › ,
Tarix: 21:53 09.12.2024

"İşə götürülərkən, əlbəttə, kadrların savadı, qabiliyyəti, işi yerinə yetirmək bacarığı əsas götürülməlidir. Yəni, yalnız işə götürməklə deyil, həm də mütəxəssislərin hazırlanması məsələsi var. Məsələn, ali təhsilli, magistratura bitirmiş, bir mühasibi gətirib bir müəssəyə müsahib vəzifəsinə qoyanda, ilkin mərhələdə, bu insan ali təhsil alsa da, bu, işi bacarmayacaq. Ondan əvvəlki işçilərdən öyrənməyə çalışacaq. Əlbəttə, mütəxəssis konkret bir sahə üzrə hazırlanırsa, həm nəzəri biliklərə, həm də, praktiki biliklərə malik olmalıdır. Bilirsiniz ki, Sovet Hökümətinin dövründə bir praktika var idi ki, indi də, eyni qayda ilə gedilir, 5 il oxuyub, 2,3 ay praktika keçirilir ki, tələbə hər şeyi bilsin".

 

Bu sözləri iqtisadçı Akif Nəsirli "İnformator.az"a açıqlamasında qeyd edib.

 

O bildirib ki, praktik işin öyrənilməsi üçün praktikaya nəzəri biliklərdən 1 il ayrılmalıdır:

 

"İnsanlar peşələrinin incəliklərindən xəbərdar olmalıdırlar. Kolleci, peşə məktəbi bitirənlər dərhal, işə başlamaq istəyirlərsə, əgər, müəyyən iş qabiliyyətinə malik olmalıdırlar. Hesab olunur ki, mütəxəssislərin hazırlanmasında bir sıra inqilabi dəyişikliklər olmalıdır. Biz, mütəxəssisləri həm fundamental olaraq, həm də, informasiya texnologiyaları mütəxəssislərinin hazırlanması da, eyni qaydada olmalıdır. Peşənin əlifbası öyrədilir, amma, yüksək səviyyəyə çatdırıla bilinmir."

 

İqtisadçı sözlərində qeyd edib ki , tələbə müəllimdən elmi öyrənir, amma, bir qismi yadında qalır:

 

"İşləyərkən bəzi, insanlar fikirləşirlər ki, 'bu işi asanlıqla görəcəkdimsə, niyə universitetdə bu qədər dərsi öyrənmişəm". İxtisası öyrənmək lazımdır. Universitetdə biliyi öyrənməyin metodologiyasını öyrənmək lazımdır. Peşən üzrə hara qədər istəyirsənsə, sənə hara qədər lazımdırsa, ora qədər öyrən. Müəllim elmi öyrənməyin metodologiyasını öyrətməlidir. İmtahanlarda isə həmin metodlarla müəllimə cavab vermək lazımdır. Elmi öyrətmək yox, elmi öyrənməyin metodologiyasını öyrənmək lazımdır, yəni, necə öyrənə bilərəm, hardan öyrənə bilərəm, hansı sxemlə öyrənə bilərəm. Bu, təcrübələr çox məqsədəuyğundur. İşə götürmək məsələsində, bilik, bacarıq əsas götürülməlidir. 1000, 1500 manatlıq işlərə müsabiqədən keçərək, qəbul olmaq mümkündür".

 

Nigar Səmədli