“Barcelona”(Barselona)” ”Valencia”(Valensiya)-nı tarixi qələbə ilə darmadağın etdi

Bölmə: İdman › ,
Tarix: 21:32 27.01.2025

İki aylıq evdə qələbəsizlikdən sonra, Hansi Flikin komandası güclü bir mesaj verdi və Real Madrid-dən 7 xal geridə olsalar da, hələ də çempionluq yarışında olduqlarını göstərdilər.

 

“Barcelona”(Barselona), Olímpico Lluis Companys stadionunda “Valencia” (Valensiya)-nı 7-1 hesabı ilə məğlub edərək La Liqadakı qələbəsizlik seriyasına son qoydu.

 

“Barcelona” (Barselona)-nın La Liqada son ev qələbəsi 3 noyabrda Espanyol üzərində olub. O vaxtdan sonra bir sıra vacib məğlubiyyətlər onların cədvəldəki mövqeyini təhlükə altına almışdı. Lakin “Valencia”(Valensiya)-ya qarşı Katalonlar oyunun başlanğıcından etibarən dayanmadan hücum etdi.

 

Sadəcə 24 dəqiqə ərzində “Barcelona”(Barselona ) 4-0 hesabı ilə irəlidə idi, qolları Frenki de Yonq (3’), Ferran Torres (8’), Rafinhanın (14’) və Fermín Lópezin (24’) vuruşları təmin etdi. Ev sahibi komanda oyuna nəzarəti davam etdirdi və fasilə əvvəlində Fermín López ikinci qolunu vuraraq hesabı 5-0 etdi.

   İkinci hissədə Robert Lewandowskinin oyuna daxil olması böyük təsir göstərdi. Polşalı hücumçu, meydana çıxdıqdan altı dəqiqə sonra ”Barcelona”(Barselona)-nın 6-cı qolunu vurdu. Hesab 75-ci dəqiqədə Sesar Tárreganın avtoqol ilə tamamlandı və nəticədə “Valencia”(Valensiya) cədvəldə sondan ikinci yerə düşdü.

 

Mənbə: beinsports

Aytac Mustafayeva