İsrail ilk mərhələdə azad edilməli olan 8 girovun öldüyünü bildirir

Bölmə: Dünya › ,
Tarix: 23:32 27.01.2025

İsrail Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsində Həmasın azad edəcəyi qalan 26 girovdan səkkizinin öldüyünü bildirib. Yanvarın 19-da atəşkəs başlayandan bəri İsrail həbsxanalarında saxlanılan 290-dan çox fələstinli məhbusun müqabilində 7 qadın artıq azad edilib.

 

Bazar günü gecə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi HƏMAS-ın qadın mülki Arbel Yehudu, qadın əsgər Ağam Bergeri və daha bir girovu cümə axşamı azad etməyə razılaşdığını açıqlayıb.

İsrailin ilk mərhələdə azad edilməli olduğunu dediyi girovlardan biri 7 oktyabr 2023-cü ildə həyat yoldaşı Eynav ilə Nova musiqi festivalında iştirak edən 34 yaşlı Or Levidir. Oğlu Almoqun indi 3 yaşı olan cütlük HƏMAS silahlılarının hücumundan sonra yol kənarındakı bomba sığınacağına qaçıblar. Eynav sığınacaqda öldürülərkən Or qaçırılaraq Qəzzaya geri aparılıb. Bu arada İsrail ordusunun tibb korpusunun rəis müavini bildirib ki, yeni azad edilmiş yeddi girovdan bəziləri son aylarda “bütün vaxtını yeraltı tunellərdə” keçiriblər. Girovlar bildiriblər ki, azadlığa çıxmazdan əvvəlki günlərdə müalicələri yaxşılaşıb, onlara duş qəbul etmək, paltarlarını dəyişmək və daha yaxşı yemək vermək icazəsi verilib.

 

Mənbə: BBC News

Nərmin Həşimova