Neymar, “Al-Hilal” ilə olan müqaviləsi ləğv edildikdən sonra “Santos”-a qayıtmağa hazırdır

Bölmə: İdman › ,
Tarix: 23:20 28.01.2025

Braziliya klubu “Santos”, Neymarın Səudiyyə Ərəbistanı Pro Liqası təmsilçisi “Al-Hilal” ilə müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edildikdən sonra onu yenidən heyətinə qatmaq üçün danışıqlar aparır.

 

32 yaşlı Neymar, Braziliya millisinin rekord bombardiri, karyerasına başladığı “Santos” klubu ilə qısamüddətli müqavilə imzalamağa yaxındır. Ona yaxın mənbələrin məlumatına görə, “Al-Hilal” ilə müqavilənin ləğvi bu prosesdə ən böyük addım olub.

 

Neymarın “Al-Hilal”dakı zədələrlə dolu dövrü başa çatıb. O, 2023-cü ilin avqustunda 77,6 milyon funt sterlinqlik transferlə qatıldığı klubda cəmi yeddi oyun keçirib. Bu mövsüm isə cəmi iki oyunda iştirak edib, sonuncu dəfə noyabr ayında ehtiyatdan meydana çıxıb.

 

“Al-Hilal “açıqlamasında bildirib: “Klub Neymarın “Al-Hilal” üçün göstərdiyi xidmətlərə görə təşəkkür edir və ona karyerasında uğurlar arzulayır".

 

Eyni zamanda, ABŞ-ın Major League Soccer (MLS) təmsilçisi “Chicago Fire" Neymarı heyətinə qatmağa çalışsa da, o, “Santos”-a qayıtmağı üstün tutub.

«Chicago Fire”Neymarı “kəşfiyyat siyahısına” daxil edib, bu da onu ABŞ-da danışıqlar apara bilən yeganə MLS klubu edirdi.

 

Mənbə: BBC Sport

Aytac Mustafayeva